ABŞ, Rusiya, Türkiyə və İsrail Suriyada özlərini təmkinli aparırlar.
Bizimaz.az: Axar.az xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.
O, Suriyada hazırda bu dövlətlərin iştirakı ilə genişmiqyaslı konfliktin baş vermə ehtimalının az olduğunu bildirib.
Cefri bu ölkələrin Suriyadakı fikir ayrılıqlarını diplomatiya yoluyla həll etməyə çalışdıqlarını deyib.