"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qalib olduğu 35 saylı Xətai seçki dairəsində nəticələrin ləğv olunması üçün MSK-ya müraciət edib.
Bizimaz.az xəbər verir ki, bu barədə R.Arifoğlu sosial şəbəkədəki səhifəsində yazıb.
"Rəqiblərim, ölkəni qarışdırmaq istəyən təhlükəli şəbəkə sosial mediada fırtına yaradırlar! Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar! İnsanları manipulyasiya edirlər! Ölkədə keçirilən seçkinin ən nümunəvi dairəsində apardığımız kampaniyanı, demokratik seçkini ləkələməyə çalışırlar.
Təmiz, halal bir qələbə qazanmışam! Araz Əlizadəni quzu kimi qəbullanmışdılar, mənim möhtəşəm qələbəmi sinirə bilmirlər! Çünki bu, gerçəkdi və nəticə birilərinin çirkli siyasi karyerasını bitirir! 5000 səs fərqi ilə özündən razı və saxtakar rəqibimi qutuda qoymuşam! Qane olmurmu?
Qəbul etmirmi? Bütün anti-islahat, sabotaj dəstəsi ona dəstəkdirmi? Hadi, mən də razıyam! Bir daha yarışaq! İddia etmirsiniz, MSK nəticələri ləğv edəcək? Etsin! Təkrar, bütün ölkənin gözləri önündə yarışaq".