Xəbər lenti

Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilən növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb.

 

Bizimaz.az: Oxu.Az Milli Məclisə deputat seçilən şəxslərin neçəsinin pensiya yaşını keçməsi ilə bağlı araşdırma aparıb.

Milli Məclisə deputat seçilənlərin 31-ni pensiya yaşına çatmış şəxslər təşkil edir.

Onlardan 14 nəfəri hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələridir. Həmin YAP-çı deputatların siyahısını təqdim edirik:

İsa Həbibbəyli (70 yaş), Eldar İbrahimov (75 yaş), Sədaqət Vəliyeva (65 yaş), Hüseynbala Mirələmov (75 yaş), Mixail Zabelin (77 yaş), Hicran Hüseynova (65 yaş), Oqtay Əsədov (65 yaş), Əhliman Əmiraslanov (73 yaş), Hadi Rəcəbli (73 yaş), Cavanşir Paşazadə (67 yaş), Tahir Rzayev (70 yaş), Sahibə Qafarova (65 yaş), Aqiyə Naxçıvanlı (70 yaş), Bəxtiyar Sadıqov (69 yaş).

Milli Məclisin yeni tərkibinin pensiyaçı deputatlarının 10 nəfərini bitərəflər təşkil edir.

Onların adlarını təqdim edirik: Səttar Möhbalıyev (65 yaş), Madər Musayev (73 yaş), Rasim Musabəyov (69 yaş), Ziyad Səmədzadə (80 yaş), Eldar Quliyev (68 yaş), Vahid Əhmədov (73 yaş), Anatoliy Rafailov (67 yaş), Aqil Abbas (67 yaş), Əli Məsimli (67 yaş), Fəttah Heydərov (82 yaş).

Pensiya yaşına çatmış deputatların yerdə qalanları isə digər partiyalardan seçilənlərdir.

İndi isə həmin deputatların siyahısı ilə tanış olaq:

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə (67 yaş), Sabir Rüstəmxanlı (74 yaş), Rafael Hüseynov (66 yaş), Fəzail İbrahimli (69 yaş).

Qeyd edək ki, hər üç şəxs Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edir.

Digərlərindən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 73 yaşı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevin 66 yaşı var.  

Qeyd edək ki, pensiya yaşına çatmış şəxslərlə bağlı məsələ “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən tənzimlənir.

Belə ki, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

Lakin 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna təşkil edir.

Həmin qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır.

Bununla da Azərbaycanda 1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində kişilərin pensiya yaşı 64 il 6 ay, qadınların pensiya yaşı isə 61 il 6 ay olacaq. 1 iyul 2020 – 30 iyun 2021-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il olacaq.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov