Səbail rayonunda yerləşən məntəqələrdə seçici fəallığı müşahidə olunur.

 

Bizimaz.az AZƏRTAC-a istinadla xəbər verir ki, 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin gedişini xarici müşahidəçilər də izləyirlər.

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski və digər müşahidəçilər bildiriblər ki, Azərbaycanda aparılan islahatların parlamentdə də davam etdirilməsi demokratik addımdır.

Onlar parlament seçkilərinin şəffaflıq şəraitində keçirildiyini bildiriblər. Həmçinin seçkiöncəsi təbliğat-təşviqat prosesinin də yüksək fəallıqla aparıldığını qeyd ediblər.

Müşahidəçilər vurğulayıblar ki, seçici fəallığı və yüksək seçki kampaniyası bir daha göstərir ki, Azərbaycanda mövcud olan və daha da inkişaf etdirilən seçki institutu ən yüksək şəkildə formalaşıb.