Milli Məclisə növbədənkənar seçkilərdə 6189 nəfər ilk dəfə səs verəcək.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat konfransında bildirib.
O, ən yaşlı seçicinin yaşını və adını da açıqlayıb. M.Pənahov deyib ki, 126 yaşlı Səmərqə Allahverdiyeva ən yaşlı seçicilərdəndir.
“Ən yaşlı kişi seçici isə Əhmədov Şahverdidir. Onun 108 yaşı var”,- deyə M.Pənahov əlavə edib.