Ermənilərin Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarının təbii məhsullarından – gül, çiçəyindən hazırladığı dəriyə qulluq üçün kosmetik məhsula Avropa Birliyinin laboratoriyası tərəfindən sertifikat verilib.
Bizimaz.az: Moderator.az xəbər verir ki, bu haqda Rusiya və Xankəndidəki erməni nəşrləri məlumat yayıb.
“Avropa Birliyi üçün məhsul təhlükəsizliyi sertifikatı əldə etmək üçün Şuşa Texnologiya Universitetinin təbii texnologiyalar laboratoriyasında əldə edilən dəriyə qulluq məhsulları “Yerevan Texnologiya İnstitutu” Fondu tərəfindən təqdim edilib. Kosmetik məhsul Bratislavada (Slovakiya) "Eurofins Bellinovanann" laboratoriyasında bütün fiziki və kimyəvi müayinələrdən keçərək sertifikata layiq görülüb” – 28-ci ildir işğal altında qalan Şuşa şəhərimizdə faktiki fəaliyyət göstərən “Şuşa Texnologiya Universiteti”nin mətbuat xidmətindən bildirilib.