105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva Tovuz rayonunun geniş görüşlər keçirdiyi kəndlərini bir daha gəzib, seçicilər, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və fiziki imkanları məhdud insanlarla görüşüb.
Bizimaz.az: Axar.az xəbər verir ki, Q.Paşayeva ötən 14 illik deputat fəaliyyəti haqda danışıb, seçicilərinin daim yanında olduğunu və bunu hər bir seçicisinin hiss etdiyini vurğulayıb, müraciətlərin həllini tapması üçün çalışdığını xatırladıb. O bildirib ki, seçicilər yenidən ona etimad göstərərlərsə, bu fəaliyyətini davam etdirəcək.
Görüşdə Qənirə Paşayeva yeni seçki platformasını da açıqlayıb, sualları cavablandırıb və sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Q.Paşayeva daha sonra şəhid və fiziki imkanları məhdud insanların ailələlərini də evlərində ziyarət edib, qayğıları ilə maraqlanıb.
Seçicilər Qənirə Paşayevaya həmişə etibar etdiklərini, ona güvəndiklərini, 14 il ərzində deputatlarını hər zaman yanlarında gördüklərini bildirib və 9 fevral seçkisində də seçimlərinin bir daha Qənirə Paşayeva olacağını xüsusi vurğulayıblar.
Q.Paşayeva etimada görə seçicilərə dərin təşəkkürünü bildirib və onları seçkilərdə fəal olmağa çağırıb.