"Türkiyə Gürcüstanın NATO-ya üzvlüyünü tam dəstəkləyir, baxmayaraq ki, Almaniya və Fransa Rusiya ilə münasibətləri gərginləşdirməməkdən ötrü bu mövzudan yayınırlar”.
“RİA Novosti” məlumat verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Bild” qəzetinə müsahibəsində deyib.
Xatırladaq ki, NATO ölkələri 2019-cu ildə Vaşinqtonda Ukrayna və Gürcüstanı Qara dənizdə dəstəkləməyə dair razılıq əldə ediblər. Razılığa əsasən, hərbi birliyə daxil olan ölkələr Qara dənizdə keçirilən təlimlərdə, informasiya mübadiləsi zamanı və dəniz limanlarına giriş üçün Ukrayna və Gürcüstanla əməkdaşlıq edəcək.
istinad