2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

 

Bizimaz.az: BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib: “Eyni zamanda indiyə qədər 30 min 231 yerli müşahidəçi qeydiyyatdan keçib”.