Növbədənkənar parlament seçkilərində iştirak üçün qeydə alınan deputatlığa namizədlərin yaşları da diqqət çəkir.
Bizimaz.az: Oxu.Az 125 seçki dairəsi üzrə araşdırma apararaq ən cavan və ən yaşlı namizədi müəyyənləşdirib.
46 saylı Şirvan seçki dairəsindən qeydə alınan deputatlığa namizəd Ömər Mirzəzadə siyahıda ən gəncdir. O, 2001-ci il təvəllüdlüdür, tələbədir.
Deputatlığa qeydə alınan ən yaşlı namizəd isə 116 saylı Qəbələ seçki dairəsindəndir. O, 1938-ci ildə anadan olan Fəttah Heydərovdur (bu ilin fevralın 23-də onun 83 yaşı olacaq).
Qeyd edək ki, F.Heydərov 1995-ci ildən deputatdır.
F.Heydərov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atasıdır.