105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu gün Q.Paşayeva rayonun Cəlilli kəndində görüş keçirib.
“Kəndlərimizi qarış-qarış gəzməyə davam edirik. Cəlilli kəndini ziyarət edirik, gözəl sakinlərimizlə, dəyərli seçicilərimizlə görüşürük. Onların dəstəyini bir daha hiss etmək çox fərqli bir duyğudur. Hər birinə təşəkkürümü bildirirəm. İnşallah, bundan sonra da onları layiq olduqları şəkildə təmsil etmək üçün var gücümlə çalışacağam. Gözəl söhbətlər və fikir mübadiləsi apardıq. Hər birinin fikirlərini, qayğılarını dinlədik və “hər zaman yanınızdayıq” dedik”.