Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi ola bilər.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə "Arqumenti nedelyi" nəşri məlumat yayıb.
Qeyd edək ki, Ramzan Kadırov müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi ilə bağlı yanvarın 15-də vəzifəsindən gedib və səlahiyyətini hökumət başçısı Müslüm Xuçevə verib.
Kremldəki həmsöhbət nəşrə bildirib ki, qəribə şəkildə müvəqqəti vəzifədən getmə Ramzan Kadırovun yeni, daha yüksək vəzifəyə - Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə gətirilməsi ilə əlaqədardır.
Kadırovun təklifi qəbul edib-etmədiyini məlum deyil.