ABŞ və Çin arasında ticarət müqaviləsi imzalanıb.

 

Bizimaz.az: BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Ağ Evdə təşkil edilən mərasimdə müqaviləni ABŞ Prezidenti Donald Trampla Çinin Baş Nazirinin müavini Lie He imzalayıb.

Razılaşmaya əsasən iki ölkənin bir-birindən idxal etdiyi məhsullara qoyulan əlavə vergilər mərhələli şəkildə endiriləcək.

Tramp müqavilənin iki ölkə arasında dönüş nöqtəsi olduğunu bildirib.

O, yaxın vaxtlarda Çinə səfər edəcəyini də deyib.

Qeyd edək ki, iki ölkə arasında 2018-ci ilin martından etibarən gərginlik yaşanmaqdadır. Trampın Çindən idxal edilən bəzi məhsullara əlavə vergilər təyin etməsindən sonra Çin də eyni cavabı vermişdi.