Ermənistan İran üçün çox vacibdir.
Bizimaz.az: Axar.az xəbər verir ki, bunu İranın Şəhər İnkişafı və Yol nazirinin müavini Xeyrulla Hadami deyib.
“Ermənistanda tranzit əhəmiyyətli şosse tikiləcək. Əgər Təbriz Ermənistanla birləşdirilsə, bu yol beynəlxalq tranzit dəhlizi olacaq”, - deyə o bildirib.
Qeyd edək ki, İrəvanla Tehran arasında Təbriz-Ermənistan şosesinin tikintisi barədə razılıq keçən il əldə edilib.