ABŞ Prezidenti Donald Tramp Şimali Atlantik Müqaviləsi Təşkilatı olan NATO-nun adının dəyişdirilməsini təklif edib.
Bizimaz.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlıumat yayıb.
Tramp bunu NATO-nun baş katibi Yens Stoltenberqə telefon danışığında deyib.
Ağ Ev rəhbəri həmçinin bildirib ki, NATO Yaxın Şərqdə qoşunlarını yerləşdirməlidir. Əks halda bu yük ABŞ-ın üzərində qalıb.
Tramp daha sonra hərbi alyansın adının NATOME-yə (NATO və Yaxın Şərq (Middle East)) dəyişdirilməsini təklib. ABŞ prezidentinin bu təklifi isə Yens Stoltenberqi həyəcanlandırıb.