İki sərnişin İranın paytaxtı Tehranda qəzaya uğrayan təyyarəyə gecikdikləri üçün sağ qalıblar.
“RİA Novosti” agentliyi xəbər verir ki, həmin şəxslər Ukrayna vətəndaşları deyil.
Onların kimliyi açıqlanmayıb.
Xatırladaq ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb. İlkin məlumatlara görə, göyərtədə 167 sərnişin və doqquz heyət üzvü olub.
Qurbanlar arasında İran, Kanada, Almaniya, İsveç, Əfqanıstan və Ukraynadan vətəndaşlar olub.
Təyyarənin qara qutusu tapılıb.
istinad