ABŞ Konqresinin Nümayəndələr Palatası bu həftə Prezident Donald Trampın İrana hərbi əməliyyat təşkil etmək səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməni müzakirə edəcək.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qeyd edib.
“Qətnamə qanunvericilər tərəfindən növbəti addımların olmadığı təqdirdə administrasiyanın İrana qarşı hərbi əməliyyatların 30 gün ərzində dayandırılmasını tələb edərək, Konqresin nəzarət öhdəliklərini təsdiq edir”, - Pelosi bildirib.