Bitərəf millət vəkillərindən daha birinin-Qənirə Paşayevanın da namizədliyi qeydə alınıb.
Bizimaz.az xəbər verir ki, bu haqda etikxeber.az-a açıqlamasında millət vəkilinin özü bildirib.
Qeyd edib ki, namizədliyi bugünlərdə 105 saylı Tovuz Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.
“Artıq qeydə alınmışam və növbəti mərhələ üçün hazırlaşıram”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Qeyd edək ki, Q. Paşayeva 4-cü dəfədir seçkilərə qatılır.
O, 2005-ci ildən, 3-cü çağırışdan bu yana 105 saylı Tovuz Seçki Dairəsini parlamentdə təmsil edir.
Növbəti dəfə də namizədliyini həmin dairədən irəli sürüb və qeydə alınıb.
Q. Paşayeva Milli Məclisin (MM) Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası komitələrinin üzvüdür.
Həmçinin, Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) və “Avronest” Parlament Assambleyasındakı nümayəndə heyətlərinin təmsilçisidir.
Parlamentin ən fəal, ən aktiv və nüfuzlu millət vəkillərindəndir.
Siyasi elmlər doktoru, professordur.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin dairədən Hüseynova Məhəbbət Müsəllim qızının namizədliyini irəli sürüb.
Turkustan.info