Dekabrın 23-də keçirilən bələdiyyə seçkisində qalib gələn qadınların sayı 5882 nəfər təşkil edib.
Bizimaz.az: Bu barədə Axar.az-a Ailə, Qadın və Uşaq Problemlrəi üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən bu ilki bələdiyyə seçkisində seçilən qadınların sayı ümmi qalib gələn namizədlərin 38,81%-ni təşkil edib.
Seçilən kişilərin sayı isə 9272 nəfərdir. Əvvəlki seçkilərlə müqayisədə bu Azərbaycan tarixində ilk belə göstəricidir.