Ermənistanın girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quluiyevin ailə üzvləri onları həbsxanada ziyarət edə biləcək.
Humanitar aksiya ilə bağlı danışıqlar yekun mərhələyə çatıb.
“Hazırda azərbaycanlı girovların qohumlarının Qarabağa gələrək, onları həbsdə ziyarət etməsinə, eyni zamanda ermənistanlı qohumların qarşılıqlı səfər edərək, Azərbaycanda saxlanılan əsirlərlə görüşü barədə danışıqlar aparılır”.
Hazırda Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlayır. Azərbaycanda isə erməni hərbçilər Arsen Baqdasaryan, Karen Kazaryan və Araik Kazaryan həbsdə saxlanılır.
Xatırladaq ki, humanitar aksiya çərçivəsində noybarda iki ölkənin jurnalistləri Azərbaycana və Ermənistana qarşılıqlı səfərlər etmişdi.(Modern.az)