Ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin oğlu Ramin Quliyev hakimdir.
Bizimaz.az: Axar.az xəbər verir ki, 41 yaşlı Ramin Quliyev Nərimanov Rayon Məhkəməsinin hakimidir.
R.Quliyev buna qədər 2001-2007-ci illərdə Apellyasiya Məhkəməsində məhkəmə iclas katibi, 2007-2010-cu illərdə Bakının Suraxanı Rayon Məhkəməsində məsləhətçi, məhkəmə iclas katibi, 2010-2013-cü illərdə Ali Məhkəmədə məhkəmə nəzarətçisi vəzifələrində çalışıb.
2013-cü ildən hazırkı vəzifəsinə təyinat alıb.
Virtualaz.org başçının digər oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində vəzifə tutduğunu yazıb.