Xəbər lenti



Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkisində iştirak etmək üçün namizədliyini irəli sürən hər kəsin diqqəti hakim Yeni Azərbaycan Partiyasına (YAP) yönəlib. İndi hamı YAP-ın seçki siyahısını gözləyir. Namizədliyini müstəqil şəkildə irəli sürməyə hazırlaşan bir çoxları da seçəcəyi dairəni məhz YAP-ın siyahısını götür-qoy etməklə müəyyənləşdirəcək.

 

Bizimaz.az: BAKU.WS modern.az-a istinadən xəbər verir ki, YAP-ın növbədənkənar parlament seçkisində irəli sürəcəyi namizədlərin siyahısı artıq hazırdır.

Verilən məlumata görə, siyahı ya bu həftənin sonunadək elan olunacaq, ya da gələn həftə keçiriləcək bələdiyyə seçkisindən sonra açıqlanacaq.

Hakim partiyanın siyahısında sürpriz adların olacağı qeyd olunur. Bu adlar sırasında həm də bir neçə sabiq deputatın da ismini görə biləcəyik. 

Eyni zamanda, V çağırış Milli Məclisin üzvü olmuş 10-dək yaşlı YAP-çı deputatın siyahıdan çıxdaş edildiyi vurğulanır. Onların əvəzinə ilk dəfə parlament seçkisinə qatılacaq gənclərin daxil edildiyi bildirilib.

O da qeyd olunur ki, V çağırış Milli Məclisin bir neçə yaşlı deputatının təcrübəsindən yararlanmaq üçün onların namizədliyi yenidən dəstəklənəcək.

Bundan başqa, adı qalmaqallı hadisələrdə hallanmış və nəticədə ictimaiyyət arasında hakim partiyanın nüfuzuna xələl gətirmiş bəzi YAP-çı deputatların da üstündən xətt çəkildiyi vurğulanır. Yenidən namizədliyinin irəli sürüləcəyi gözlənilən bəzi YAP-çı deputatların da budəfəki siyahıda yer almadığı barədə məlumatlar var.

Xatırladaq ki, V çağırış Milli Məclisdə 69 YAP-çı deputat var.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov