İsveçin “Fokus” dərgisi yaxın illərdə ölkəni idarə edəcək siyasətçilərin adlarını açıqlayıb. Dərgi İsveçin 27 lideri ilə bağlı təhlil dərc edib.
Bizimaz.az: Bu barədə Axar.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Məqalədə qeyd edilən siyasətçilər arasında İsveç parlamentinin azərbaycanlı deputatı, İsveç Sosial Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü Aylin Fazelianın da adı çəkilib. O, gələcəkdə İsveç Krallığını idarə edən siyasətçilərdən biri ola bilər. Bu barədə “Fokus” dərgisi geniş məqalə yayıb. “Fokus” dərgisi azərbaycanlı deputat haqqında geniş məlumat verib”.
Qeyd edək ki, Aylin əslən Güney Azərbaycandandır. Ailəsi 30 il əvvəl İsveçə köçüb. Bir müddət əvvəl Aylin Fazelian İsveç Sosial Demokrat Partiyasının Höteborq bölgəsi və ətraf şəhərləri üzrə rəhbəri seçilmişdi.