Boliviyanın eks-prezidenti Evo Morales Argentinanın Boliviya sərhədi yaxınlığındakı San-Ramon de la Nueva-Oran şəhərində yaşayacaq.
“Expreso de Salta” xəbər verir ki, Morales gələn həftə şəhərə köçəcək və buradan “Sosializm Hərəkatı” Partiyasının 2020-ci il seçki kampaniyasına rəhbərlik edəcək.
Məlumata görə, eks-prezidentlə çalışan 12 nəfərlə birlikdə, eyni zamanda, keçmiş vitse-prezident Alvaro Qarsiya Linera da sözügedən şəhərdə yaşayacaq.
Morales şəhərdə icarəyə götürülmüş mənzildə yaşayacaq, eks-prezidentin mühafizəsini federal polis təşkil edəcək.