Azərbaycan Hesablama Palatasının auditoru Mehriban Alışanovanın 32 yaşlı qızı Aynur Alışanova bu ilin noyabr ayında Bakıda 5 şirkət təsis edib.
Axar.az Turan.az-a istinadla xəbər verir ki, kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bütün şirkətlər ("TPDN”, "Oyuncaq Dünyası”, "H2A Studio”, "Dinamo-Qarabağ” və "The Toy Story”) eyni ünvanda qeydiyyata alınıb.
Qeyd edək ki, Aynur Alışanovanın atası AzTV-nin sabiq sədri Arif Alışanovdur.