Belarus Prezidenti Aleksandr Lukasenko ölkəsində yaşayan müsəlmanlar barədə xoş sözlər söyləyib.
Bizimaz.az: Moderator.az bu haqda rusdilli İslam saytlarına istinadla xəbər verir.
"Bu adamlar qızıldırlar. Heç vaxt məni pis vəziyyətdə qoymayıblar. Heç vaxt...” A.Lukaşenko bu sözləri Belarusda səfərdə olan Tatarıstan Prezidenti Rüstəm Minnixanova söyləyib. Tatarıstan rəhbəri isə cavabında onu əmin edib: "Və heç vaxt sizi ruhdan salmayacaqlar..."
"Biz müsəlmanları incitmirik!" – deyə Lukashenko vurğulayıb. "Əksinə, bir çoxları belə şəraitə həsəd aparmaq məcburiyyətindədirlər"- cavabında Minnixanov söyləyib.
Bir gün öncə Tatarıstan Prezidenti Belarusdakı tatar icmasının fəalları ilə görüşüb və Minsk Cümə məscidini ziyarət edi.
"Burada 7 mindən çox tatar yaşayır. Həyatları haqqında danışdılar və ölkənin inkişaf dinamikasından çox məmnun olduqlarını ifadə etdilər. Onlar eyni zamanda milli, dini özəlliklərini də qoruyub saxlayıblar" –deyə Tatarıstan Prezidenti vurğulayıb.