Dövlətçiliyimizin ciddi atributlarından biri də seçkilərdir. Vətəndaşımız öz haqqını tanıdıqca, səsini verdikcə, dövlətimiz güclənir.
Bizimaz.az: Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Aparat rəhbərinin müavini Natiq Məmmədov deyib.
“Getdikcə bu prosesləri daha yaxından izləmək və onun bəhrələrini görmək imkanımız olur. O vətəndaş xoşbəxtdir ki, seçim etməyi bacarır”, - deyə N.Məmmədov vurğulayıb.
Qeyd edək ki, N.Məmmədov uzun müddət Mərkəzi Seçki Komissiyası sədrinin müavini olub.