Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bir sıra siyasi partiyaların müraciətinə baxılıb.
Bizimaz.az: Axar.az xəbər verir ki, MSK-nın iclasında Yeni Azərbaycan Partiyası, Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətə baxılıb.
Müzakirələrdən sonra müraciətlər səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-da keçiriləcək.