ABŞ-da səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra ABŞ Prezident Donald Trampla da görüşüb.

 

Bizimaz.az: BAKU.WS xəbər verir ki, 50 dəqiqə davam edən görüşdən sonra tərəflər jurnalistlərin sullarını cavablandırmayıblar.

Ağ Evdən bildirilib ki, görüşdə Çinlə münasibətlər müzakirə edilib və Tramp Lavrova Pekinlə “dürüst” ticarətə ehtiyac olduğunu söyləyib.

Görüşdə Lavrov ABŞ prezidenti Donald Trampı faşizm üzərində qələbənin 75 illiyi münasibətilə gələn ilin mayında keçiriləcək tədbirdə iştirak etmək üçün Vladimir Putinin dəvətini çatdırıb.

Tramp isə Tvitter hesabındakı paylaşımında Lavrovla görüşün çox yaxşı keçdiyini yazıb.

O qeyd edib ki, görüşdə İran, Şimali Koreya, yaxın və orta mənzilli raketlərin ləğvi, nüvə silahlanmaları üzərində nəzarət və seçkilərə müdaxilə, ticarət və sair məsəllər haqqında müzakirə edilib.

BAKU.WS
QALEREYA