Rusiya Federasiyasının baş prokuroru Yuri Çayka Kazan şəhəri ətrafında bölgələrarası ekoloji prokurorluğuna rəhbər təyin edib.
Bizimaz.az: Y.Çaykanın əmri ilə bu vəzifəyə Mari bölgələrarası ekoloji prokurorluğunun rəhbəri, 42 yaşlı ədliyyə müşaviri Denis Aleksandrov gətirilib.
O, vəzifəsinin icrasına başlamaq üçün Tatarıstan Prezidenti Rüstəm Minnixanova təqdim edilib.
Denis Aleksandrov Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. 1999-cu ildə Çuvaş Dövlət Universitetini bitirib, iki il sonra prokurorluğa daxil olub.
D.Alexsandrov bundan sonra Samara və Novoçeboksarskda prokuror müavini vəzifəsini icra edib. 2007-ci ildə o, prokuror vəzifəsini ən yaxşı icra edən şəxs seçilib.