Dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl Hüseynin rəsmi qarşılanma mərasimi olub.
Bizimaz.az: Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İordaniya Kralına raport verib.
İordaniya Kralı Azərbaycan əsgərlərini salamlayıb.
Prezident İlham Əliyev və Kral II Abdullah fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İordaniyanın və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Kral II Abdullaha, İordaniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın qarşısından keçib.
Prezident İlham Əliyev və Kral II Abdullah rəsmi foto çəkdiriblər.