Finlandiyanın yeni baş naziri 34 yaşlı Sanna Marin olacaq.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı dövlət teleradio şirkəti YLE yayıb.
Sanna Marin dünyanın ən gənc hökumət rəhbəri sayılır.
Bu Sosial-Demokrat Partiyasının lideri Antti Rinnenin istefasından sonra mümkün olub. Marin hər birinin rəhbəri qadın olan beş partiyadan ibarət hökumətə rəhbərlik edəcək.
Qeyd edək ki, Marin seçilənə qədər dünyanın ən gənc baş naziri Aleksey Qonçaruk (Ukrayna) idi.