ABŞ Prezidenti Donald Trampla Rusiya Xarici İşlər naziri Sergey Lavrovun görüşünün təşkili üzərində çalışırıq.
Bizimaz.az: Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen deyib.
“Siz gözləməli olacaqsınız. Düşünürəm ki, bunun baş verməsiylə bağlı ehtimal var. Bunun üzərində çalışırıq”, – deyə o bildirib.
Qeyd edək ki, dekabrın 10-da Sergey Lavrov ABŞ-a səfər edəcək. Səfər çərçivəsində o, ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşəcək.