Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı iclası başlayıb.
Bizimaz.az: "Qafqazinfo" xəbər verir ki, iclasın gündəliyində MSK tərəfindən Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə tədbirlərin Təqvim Planının təsdiq edilməsi, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən ( hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması, bəzi normativ xarakterli aktlarda dəyişikliklər edilməsi məsələləri var.