ABŞ-ın Florida ştatındakı Pensakola hərbi-dəniz aviasiyası stansiyasında təhsil alan Səudiyyə Ərəbistanı vətəndaşı əsgər üç nəfəri öldürüb, səkkiz nəfəri isə yaralayıb.
Bizimaz.az: “Hürriyət” xəbər verir ki, səudiyyəli əsgər bir saat davam edən əməliyyat nəticəsində təhlükəsizlik orqanları tərəfindən öldürülüb.
Bazada qeydiyyatda olmayan silahdan istifadə edən şəxsin Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrində xidmətdə olan Məhəmməd Səid Əlşamrani olduğu müəyyən edilib. Əlşamrani siniflərin olduğu binanı hücum üçün hədəf seçib.
istinad