BMT Baş Assambleyası İsrailin Qolan yüksəkliklərinin işğalıyla bağlı qətnamə qəbul edib.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb. Qətnaməyə əsasən, İsrail 4 iyun 1967-ci il sərhədlərinə geri qayıtmalı, Qolan yüksəkliklərini tərk etməlidir.
Baş Assambleya, həmçinin, İsrailin 1981-ci ildən etibarən Qolan yüksəkliklərində öz yurisdiksiyasını tətbiq etmək cəhdlərini tanımadığını bildirib. Sənəddə bunun faktiki olaraq anneksiya olduğu vurğulanıb.
Qətnamənin lehinə 91, əleyhinə isə 9 dövlət dəstək verib. Bitərəf mövqedə 65 dövlət qalıb.