NATO-nun London sammiti çərçivəsində Türkiyə, Polşa və Baltikyanı ölkələrin liderlərinin görüşü baş tutacaq.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı Latviya prezidentinin mətbuat xidməti yayıb. Görüşdə əsas müzakirə mövzusu ölkələrin alyans çərçivəsində əməkdaşlığın artırılması olub.
Qeyd edək ki, bundan öncə Türkiyə NATO-nun Polşa və Baltikyanı ölkələrdə müdafiəsinin artırılması planına dəstək verməkdən imtina edib. Rəsmi Ankara buna səbəb kimi NATO-nun Türkiyənin Suriyadakı kürd qruplaşmalarına qarşı dəstək verməməsini göstərib.