Xəbər lenti

Rossiya-1 televiziyasının aparıcısı, əslən azərbaycanlı Nailə Əsgərzadə “Bombardier Global 6000” təyyarəsi və 62 metrlik yaxtadan istifadə edir.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı rusiyalı müxalif bloger Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondu yayıb. Məlumata görə, Əsgərzadə bütün bunlardan “VTB Bank”ın prezidenti Andrey Kostinlə yaxınlığı sayəsində istifadə edir. Belə ki, Əsgərzadənin 2018-ci ildən Kostinin VTB-nin törəmə şirkəti vasitəsiylə sahibləndiyi təyyarədən istifadə etdiyi bildirilib. Hazırda bu təyyarənin VTB-yə heç bir aidiyyəti olmayan ofşor şirkətə məxsus olduğu vurğulanıb.

KMF təyyarənin hazırkı dəyərinin 60 milyon dollar olduğunu və onun Əsgərzadəyə icarəyə verildiyini, uçuş saatı üçün kirayəsinin 559 min rubl olduğumi qeyd edib. 2019-ci ildə təxminən 51,5 saat davam 16 uçuş həyata keçirildiyi və bunun üçün aylıq 28,9 milyon rubl ödənildiyi də vurğulanıb.

Fond, həmçinin, Əsgərzadənin 62 milyon dollar dəyərində olan “SEA&US” yaxtasına da sahib olduğunu bildirib.

Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu məsələdən xəbərsiz olduqlarını və onu şərh edə bilməyəcəklərini söyləyib.

Qeyd edək ki, bundan öncə Rusiya mətbuatı Əsgərzadə ilə Kostin arasında sevgi münasibəti olduğunu açıqlasa da, tərəflər bunu təsdiqləməmişdi.

Bir neçə ay əvvəl Nailə Əsgərzadənin Rublyovkadakı Razdorı kəndi yaxınlığında 43 min kvadrat metrlik əraziyə sahib olması barədə də məlumat yayılmışdı.

“Proekt.media” saytı ərazinin ümumi dəyərinin 45 milyon dollar olduğunu yazmışdı.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov