Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat bu gün başladı.

 

Bizimaz.az APA-ya istinadən xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış - dekabrın 22-i saat 08:00-da dayandırılır.