Qətər və Səudiyyə Ərəbistanı arasında dayandırılan bütün əlaqələr yenidən bərpa oluna bilər.

 

Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə "Wall Street Journal" yazıb.

Nəşrin yazdığına görə, Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Sani ötən ay Səudiyyə Ərəbistanına sürpriz səfər reallaşdırıb. Əl-Sani iki ölkə arasındakı gərginliyi azaltmaq üçün Qətərin "Müsəlman Qardaşlar"la əlaqələri kəsməyə hazır olmasını ər-Riyadın diqqətinə çatdırıb.

Qeyd edək ki, ərəblərin iki ən varlı ölkəsinin münasibətləri 2 ilən çoxdur pozulub. Buna səbəb isə rəsmi Dohanın Səudiyyənin istəklərini yerinə yetirməkdən imtina etməsi olub. Səudiyyə Ərəbistanı, BƏƏ, Yəmən, Misir və Bəhreyn 5 iyun 2017-ci il tarixində Qətərlə bütün diplomatik münasibətləri kəsiblər.

Qətərə tətbiq olunan embarqonun ləğvi üçün "Müsəlman Qardaşlar" və bir neçə qruplaşmaya maliyyə dəstəyinin dayandırılması, "Əl-Cəzirə" televiziyasının bağlanılması və İranla bütün əlaqələrin kəsilməsindən ibarət 13 şərt irəli sürülüb.