![]() |
“O, azərbaycanlılar üçün Vətən torpağını erməni işğalından qurtaran Ali Baş Komandandır”.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Fransanın İl-dö-Frans regionunun prezidenti, ölkə prezidentliyinə namizəd Valeri Pekrezin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə dair məlumat yayıb.
Trend Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, məlumatda deyilir:
"2021-ci ilin 22 dekabr tarixində Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.
Seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır.
Bununla əlaqədar, Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
Xarici İşlər Nazirliyi qanunsuz səfər ilə bağlı Fransa Səfirliyinə qəti etirazını bildirib və Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan sözügedən Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıdığını xatırladıb.
Fransadan olan bir qrup siyasətçinin bu addımının Azərbaycan-Fransa ikitərəfli əlaqələrinə ziyan vurduğu, eyni zamanda Fransanın regionda nüfuzuna və münaqişənin başa çatmasından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rola ciddi xələl gətirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb".
Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib".
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması barədə fərman imzalayıb.
"Nəzərinizə çatdırırıq ki, “Google maps” tətbiqində Azərbaycanın Qarabağ bölgəsinin adlarının rəsmi adları ilə Azərbaycan dilində göstərilməsi ilə yanaşı, saxta adlarla erməni dilində göstərilməsi məsələsi rəsmi diplomatik kanallarla “Google” şirkəti qarşısında qaldırılıb. Azərbaycanın ərazilərinin adlarının təhrif edilməsi ilə bağlı şirkət rəhbərliyinə məktub ünvanlanıb və ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdib edilib".
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
“Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə xüsusi nümayəndələri yaxın vaxtlarda görüş keçirə bilər”.
Bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
“Münasibətlərin normallaşdırılması prosesinin başlanması üçün xüsusi nümayəndələr təyin etdik. Yaxın vaxtlarda onlar danışıqlar aparacaqlar”, - deyə türkiyəli nazir bildirib.
O, həmçinin qeyd edib ki, İstanbul-İrəvan aviareyslərinin icrasına yaxın günlərdə başlanılacaq.
“Şirkətlər müraciətlər göndəriblər. Biz onları nəzərdən keçiririk. Onlardan bəziləri yaxın günlərdə uçuşlara başlayacaq. Bütün bu qərarları qəbul edərkən Azərbaycanla müzakirələri davam etdiririk”, - deyə Türkiyə XİN başçısı qeyd edib.
Mənbə: TASS
Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında əsas təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
"Aparılmış ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olmuş şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub".
Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb.
Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.