Xəbər lenti

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında əsas təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

 

 

Bizimaz.az Modern.az-a istinadən  xəbər verir ki, müraciətdə deyilir:

 

"Məlumdur ki, bu il də Yeni il bayramı koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf edir. Odur ki, özünüzün və əzizlərinizin təhlükəsizliyi üçün keçiriləcək Yeni il şənlikləri ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına uyğun (şənlik mərasimlərində qonaqların müəyyən olunmuş say məhdudiyyətinə əməl olunmalı, şənlik mərasimində xidmət göstərən heyət tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməli və s.) təşkil olunmalıdır.

 

Bununla yanaşı, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Odur ki, Yeni il bayramında zəruri yanğın təhlükəsizliyi qaydalarına hər kəs riayət etməlidir. Belə ki:

 

  • evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
  • işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
  • ağac tezalışan oyuncaqla bəzədilməməli;
  • qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

 

Həmçinin, bayram şənliyi keçirilən məkanlarda təxliyə yolları odadavamlı və işlək vəziyyətdə olmalı, ehtiyat çıxış qapıları olmalı və təxliyə istiqamətində açılmalı, məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, odlu, rəngləmə və digər yanğın-partlayış təhlükəli işlərin aparılmasına yol verilməməli, elektrik şəbəkəsində gərginliyi azaldan transformatorlardan istifadə olunmadığı halda çil-çıraqlarla bəzədilərkən 12 Volta qədər gərginlikdən və 25 voltdan çox olmayan lampalardan istifadə olunmalıdır.

 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"

VIDEO
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov