Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb.
Bildirilib ki, hazırda onun səhhəti normaldır.
Qeyd edək ki, 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışmış S.Rüstəmli 2018-ci ildə həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü S.Rüstəmli 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
O, bir müddət əvvəl aclıq aksiyasına başlamışdı.