Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.
Bizimaz.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, görüşdən yeni görüntülər yayılıb.
Görüntülərdə İlham Əliyevlə Makronun səmimi görüşdükləri və təkbətək danışıqlar apardıqlarını, daha sonra Paşinyanın liderlərlə müzakirələrə qoşulduğunu görmək mümkündür.