Xəbər lenti



“Hazırda Azərbaycanda 230 nəfərdən çox “Xalq artisti”, 340 nəfərdən çox isə “Əməkdar artist” fəxri adına layiq görülənlər var”.
 
Bizimaz.az: Bunu Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin İctiamiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov bildirib.
 
İ.Hümbətov qeyd edib ki, siyahıda olanlar hazırda yaşayan və təqaüd alanlardır.
 
Qeyd edək ki, “Xalq artisti” fəxri adına görə ödənilən aylıq təqaüdün məbləği 150 manat, “Əməkdar artist” fəxri adına görə ödənilən aylıq təqaüdün məbləği isə 100 manatdır.
 
Xatırladaq ki, sonuncu dəfə “Xalq artisti” fəxri adı bu il oktyabrın 23-də müğənnilər Röyalə Nəcəfova (Röya), Mir Yusif Mirbabayev və Tünzalə Ağayevaya verilib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov