"Azad Azərbaycan" telekanalının aparıcsı Ariz Tarverdiyev "AzerGold" QSC-nin mətbuat katibi vəzifəsinə təyin olunub. Bizimaz.az xəbər verir ki, bu barədə jurnalist "Facebook" səhifəsində paylaşım edib.
O, yeni vəzifəyə təyin etdikləri üçün "AzerGold" QSC-yə təşəkkür edib: "Dostlar, təbrik və xoş sözlərinizə görə təşəkkür edirəm. Mənə etimad göstərib dövlətin aparıcı şirkətlərindən olan "AzerGold" QSC-nin mətbuat katibi vəzifəsinə təyin etdiklərinə görə şirkət rəhbərliyinə təşəkkür edirəm. Uzun illər çalışdığım, doğma ATV kananılın rəhbərliyinə və kollektivinə də xüsusi diqqət və anlayışa görə minnətdaram. ATV mənim üçün hər zaman doğma bir yer kimi qalacaq".
Qeyd edək ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamı ilə təsis edilib. Qurum ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.