Xəbər lenti

Oğlu dünyasını dəyişəndən sonra mahnı ifa etməyən, səhnəyə və efirə çıxmaqdan imtina edən sevilən müğənni, əməkdar artist Zöhrə Abdullayevə ilk dəfə səhnəyə çıxıb.

 

Kult.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə təhsil eksperti Kamran Əsədov paylaşıb. Belə ki, Z.Abdullayeva dünən Heydər Əliyev sarayında xalq artisti Könül Xasıyevanın baş tutan konsertində uzun fasilədən sonra ilk dəfə səhnəyə çıxıb.

Z.Abdullayeva K.Xasıyeva ilə bir yerdə mahnı da ifa edib. Uzun fasilədən sonra ilk dəfə səhnədə mahnı ifa edən sənətkarın perpormansı böyük alqış alıb.

Xatırladaq ki, 2018-ci ilin 24 may tarixində əməkdar artist Zöhrə Abdullayevanın oğlu uzun sürən beyin xərçəngindən vəfat edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov