Xəbər lenti

Səhhətində problemlər yaranan Xalq artisti, müğənni Yalçın Rzazadə müalicə üçün yenidən Türkiyəyə aparılıb.

 

Bizimaz.az: Bunu Report-a açıqlamasında müğənni özü deyib.

O, hazırda İstanbul şəhərindəki xəstəxanaların birində müalicəsinin davam etdirildiyini bildirib: "Hazırda sistem altındayam, rahat danışa bilmirəm. Hələlik bir yenilik yoxdur, müalicələrim davam edir. İnşallah, tam sağalandan sonra Azərbaycana qayıdacam".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Bu ilin iyulun 15-də Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, əməliyyat olunub. Oktyabrın 15-də isə Y.Rzazadə müalicə olunduğu həmin xəstəxanadan evə buraxılmışdı və o, Bakıya qayıtmışdı.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov