Xəbər lenti

 
 

Rusiyanın paytaxtı Moskva şəhərində yaşlı insanların iş günlərində pulsuz isti yemək ala biləcəyi “Dobrodomik” adlı kafe açılıb.

 

Oxu.Az xəbər verir ki, “Dobrodomik” Xalq artisti Emin Ağalarov və layihənin təsisçiləri Aleksandra Sinyak və Yevgeni Gerşeviçin təşəbbüsü ilə həyata keçirilib.

Hər üç şəxs yeni açılan kafenin qonaqları ilə görüşüb. Tədbirdən olan fotoları və kafe ilə bağlı məlumatı Emin şəxsi “Instagram” hesabında paylaşıb. 

 

Kafe hamı üçün hər zaman açıqdır. 

“Dobrodomik”də yaşlı insanların və əlil qonaqların rahatlığı üçün hər bir şərait yaradılıb.

Sözügedən layihə “Restaurants by Crocus Group”a daxildir.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov