Xəbər lenti


 

Məni bu illər ərzində səhvimlə, düzümlə dəstəkləyən bütün media dostlarım, yanımda çalışan dostlarım, məni mən edən dostlarım, mahnılarımla ağlayan, gülən, sevinən hər kəsə təşəkkür edirəm. Çünki bu ad mənim deyil, sizindir.

 

Bu sözləri “Xalq artisti” fəxri adana laiq görülən müğənni Röya Ayxan Oxu.Az-ın əməkdaşı ilə söhbətində bildirib.

Onun sözlərinə görə, bu fəxri ad ona olan sevgiyə görə verilib :

“Bu ad mənə sevgiyə görə verilib. Mən dövlət başçımıza təşəkkürümü bildirirəm. Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Ailəmi, valideynlərimi sevindirdiklərinə görə təşəkkür edirəm.

Mənimlə bərabər bu ada layiq görülən sənət dostlarımı da ürəkdən təbrik edirəm. Hamımızın gözü aydın olsun. Allah heç kimin əziyyətini yerdə qoymasın. Çox minnətdaram hər kəsə”.

Qeyd edək ki, Prezident Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Ağayeva Tünzalə Qabil qızı, Mirbabayev Mir Yusif Mir Heydər oğlu və Nəcəfova Röyalə Yaqub qızı “Xalq artisti” adına layiq görülüb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov